AZMIR

Haqqımızda

Haqqımızda

Azmir haqqında

AZMİR-Sizin Təhsildə Etibarlı Bələdçiniz!

Fərqimiz- xidməti keyfiyyətimizdir!

Azər Əliyev "AZMİR" xaricdə təhsil şirkətinin rəhbəri

Azmir xaricdə təhsil şirkətinin təsisçisi Əliyev Azər 2007-ci ildə Rusiya Dövlət Sosial Universitetinə bakalavr təhsil pilləsinə qəbul olunmuşdur. Bakalavr təhsilini başa vurduqdan sonra isə Lomonosov adına Moskva Dövlət Universitetində magistr pilləsi üzrə təhsil almışdır.

Əliyev Azərin təhsilə olan marağı tələbə illərindən yaranmışdır. Məhz həmin illərdə Rusiya universitetləri ilə əlaqələri gücləndirməyə başlamışdır. Moskva şəhərində və Rusiyanın digər regionlarında Azərbaycan vətəndaşlarının Rusiyada təhsil almasına köməkliyini əsirgəməmişdir.

İlk illərdə hobbi kimi yanaşdığı bu sahəyə 2010–2011-ci illərdən etibarən peşəkarcasına yanaşmağa başlamış, Rusiyanın bir neçə universiteti ilə rəsmi müqavilələr bağlamış və xarici vətəndaşların Rusiya universitetlərinə qəbulunu həyata keçirmişdir. Həmin dövrdə Moskva şəhərində Azmir Təhsil Şirkəti artıq rəsmi fəaliyyətinə başlamışdır. Azmir-in Moskva filialı ilə yanaşı Bakı filialı və Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında da filialları fəaliyyətə başlamışdır.

Azmir MMC hal-hazırda Rusiya üzrə 100-dən çox universitetlə birbaşa rəsmi müqavilə əsasında fəaliyyət göstərir. Şirkətin təsisçisi Əliyev Azər eyni zamanda iki fərqli universitetin rəsmi nümayəndəsidir.

Azərbaycan və digər ölkələrin vətəndaşlarının Rusiyada təhsil alması Azmir ilə daha asan və etibarlıdır. Bu isə Azmir-in universitetlərlə birbaşa rəsmi əməkdaşlıq etməsi ilə bağlıdır.

Tələbə adı qazanmaq istəyənlərin imtahansız, tək attestatla qarantili qəbul imkanları vardır. Eyni zamanda tələbələrin təhsil aldıqları ölkədə qarşılanması, yerləşdirilməsi, sığortalanması, oturum icazəsinin alınması və digər məsələlərdə Azmir komandası hər bir tələbəyə xüsusi diqqət və qayğı göstərir.

Azmir MMC tədris müddətində də bütün tələbələri ilə əlaqədə olur. Tələbənin təhsil aldığı universitetdə hər hansı bir çətinlik yaşanarsa, həmin məsələ dərhal menecerlər və ya rəhbərliyin vasitəsilə aradan qaldırılır.

Azmir-də konsultasiya tamamilə ödənişsizdir. Konsultasiya zamanı Azərbaycan Respublikasının xaricdə təhsil almaq istəyən vətəndaşları üçün nəzərdə tutulan qanunlar, müvafiq maddələr və Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin sərəncamları hər bir müraciətçiyə çatdırılır. Şirkət daim qanuni və şəffaf prosedurların tərəfdarıdır.

Azmir-in işi sadəcə universitetə qəbul ilə bitmir — biz tələbələr və onların valideynləri ilə bir komanda kimi, dost münasibəti qururuq. Hər bir müraciətçinin büdcəsinə uyğun universitet və şəhər seçiminə kömək edirik. Hətta yaşayış tərzi, şəhərlərdəki iqtisadi vəziyyət, hansı mağazalarda ərzaq və geyim almağın daha sərfəli olması kimi məlumatları da bölüşürük. Məqsədimiz tələbənin ailə büdcəsinin çətinliyə düşməsinin qarşısını almaqdır.

Bu 15 il ərzində Azmir-in minlərlə tələbəsi olmuşdur və bu say hər il artır. Azmir MDB və Asiya ölkələri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Belarus, Ukrayna, Ərəb ölkələri, o cümlədən Türkiyə, İran və Azərbaycan vətəndaşlarının bakalavr, magistr, doktorantura və ordinatura pillələri üzrə qəbulunu həyata keçirmişdir və fəaliyyətini hər il daha da gücləndirərək davam etdirir.

Rus dili biliyi zəif və ya heç olmayan tələbələrin belə qəbulunu universitetlərə uğurla həyata keçiririk.

Necə?
Tələbələri qəbul olmaq istədikləri universitetlərin nəzdindəki rus dili hazırlıq fakültələrinə yerləşdiririk. Onlar bir il ərzində universitet müəllimləri tərəfindən tam pedaqoji səviyyədə rus dili hazırlığı keçirlər və sonra seçdikləri ixtisas üzrə təhsillərinə davam edirlər.

Sevindirici hallardan biri də odur ki, Azərbaycan və Rusiya arasında 2022 və 2024-cü illərdə Cənab Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan müqavilələrdə iki dövlət arasında təhsilə verilən üstün əhəmiyyət açıq şəkildə qeyd olunmuşdur. Azərbaycan vətəndaşları Rusiyada asanlıqla təhsil ala, eyni zamanda oturma icazəsi və sığorta əldə edə bilirlər. Rusiya Prezidentinin fərmanına əsasən isə, xarici tələbələr üçün təhsil almaq üçün tam şərait yaradılması nəzərdə tutulmuşdur.

Rusiyada təhsilin mühüm fərqlərindən biri də budur ki, Rusiya Federasiyası Prezidentinin qəbul etdiyi fərmana əsasən, təhsilini uğurla başa vuraraq diplom əldə edən hər bir xarici vətəndaş, həmin diplom əsasında Rusiya vətəndaşlığını əldə edə bilər.

Azmir komandası adından bütün tələbələrimizə sənədləşmə və ixtisas üzrə iş tapmaqda tam dəstək göstəririk. Bu isə Azmir rəhbərliyinin Rusiyada kifayət qədər nüfuza sahib olması ilə bağlıdır.

Azmir MMC-nin digər Rusiyaya qəbul verən “makler” şirkətlərdən fərqi ondadır ki, Azmir birbaşa qəbul verir — heç bir ikinci və ya üçüncü şəxs olmadan, rəsmi müqavilə əsasında. Üstəlik, Azmir-in fərqi ondadır ki, Rusiyanın hər bir şəhərində qəbul verdiyi tələbənin qarşılanması, yerləşdirilməsi və sənədləşməsini təmin edən nümayəndələri vardır.

Bu əmək deməkdir, bu illərin təcrübəsi deməkdir.
Azmir – işindən zövq alan bir komandanın işidir.

Və illərdir dəyişməyən bir şüarımız var:

FƏRQİMİZ – XİDMƏTİN KEYFİYYƏTİNDƏDİR.
Əliyev Azər
Azmir MMC-nin təsisçisi

OUR COMPANY

Since 1967 We Have MoreBranches All Over World

Travisa caonsectetur adipiscing elit. Donec a feugiat purus. Duis turpis nunc, aliquam id nunc ac, convallis dictum nisi. Curabitur vehicula tincidunt sapien, vel fringilla neque iaculis feugiat purus caonsectetur adipiscing elit.

Lorem ipsum dolor sit amet consec tetur adipiscing elit. Donec a feugiat purus. Duis turpis nunc aliquam idnu acconvallis dictum nisi. Curabitur vehicula tinciduntc.